Geri qayıt Çap et

Azərbaycan, Türkiyə və Gürcüstan cinayətkarlığa qarşı qüvvələrini birləşdirir

Türkiyə, Gürcüstan və Azərbaycanın daxili işlər nazirlikləri arasında cinayətkarlıqla birgə mübarizə məsələlərinin müzakirəsi üçün üçtərəfli mexanizmin yaradılması planlaşdırılır. Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bu barədə TGRT Haber-ə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Gürcüstana son səfəri zamanı o, Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli mexanizmin yaradılmasını təklif edib.

“Yaxın günlərdə onu fəaliyyətə keçirəcəyik”, – Mustafa Çiftçi bildirib.

Xatırladaq ki, Gürcüstana səfəri çərçivəsində Çiftçi gürcüstanlı həmkarı ilə cinayətkarlığa qarşı birgə mübarizə məsələlərini müzakirə edib.

Denmedia.az