Fransa ABŞ-la diplomatik gərginliyə səbəb olan əvvəlki tənqidi ilə bağlı təəssüfünü bildirib.
Məsələ Fransanın Cenevrədəki BMT missiyasının iyul ayında yayımladığı paylaşım ilə bağlıdır. Həmin paylaşımda Paris ABŞ-ni BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkün səlahiyyət müddətinin uzadılmasının əleyhinə səs verdiyinə görə tənqid etmişdi.
Bundan sonra ABŞ nümayəndə heyəti Fransa təmsilçisinin çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının iclasını tərk etmişdi.
Vaşinqtonun, həmçinin, Fransanın ABŞ-yə yeni səfiri təyin olunan Orelien Leşevalyenin namizədliyini bloklamaq imkanını nəzərdən keçirdiyi bildirilirdi.
Fransanın BMT-dəki missiyası indi bəyan edib ki, ABŞ-nin insan hüquqlarının müdafiəsinə sadiqliyini şübhə altına alan həmin paylaşımın dərc olunmasına görə təəssüf edir.
ABŞ Dövlət Departamenti isə Parisin bu açıqlamasını müsbət qarşılayıb.