Geri qayıt Çap et

Mertsin partiyasına növbəti zərbə gələ bilər

Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı növbəti regional seçkilərdə ciddi məğlubiyyətlə üzləşə bilər.

CDU/CSU parlament fraksiyasının sədri Torsten Fray RedaktionsNetzwerk Deutschland media qrupuna müsahibəsində bildirib ki, Meklenburq–Ön Pomeraniyada vəziyyət partiya üçün çox çətindir.

Onun sözlərinə görə, Saksoniya-Anhaltdakı seçkinin nəticəsi növbəti regional seçkilər ərəfəsində CDU/CSU üçün ciddi xəbərdarlıq siqnalı ola bilər.

“Meklenburq–Ön Pomeraniyada vəziyyət bizim üçün çox mürəkkəbdir. Bizi sözün əsl mənasında darmadağın edə bilərlər”, – Fray qeyd edib.

Bu açıqlama CDU/CSU-nun Saksoniya-Anhaltda keçirilən seçkilərdə “Almaniya üçün Alternativ” (AfD) qarşısında məğlub olmasından sonra səslənib. Nəticədə AfD ilk dəfə olaraq Almaniyanın federal torpaqlarından birində hökumət formalaşdırmaq imkanı əldə edib.

Denmedia.az