Geri qayıt Çap et

COP31 ərəfəsində diqqətlər Bakıya yönəlir – İqlim həftəsi keçiriləcək

Azərbaycan Xarici İşlər Nazirliyi 7–11 sentyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 4-cü İqlim Həftəsini (CW4) təşkil edəcək.

XİN-in məlumatında bildirilib ki, “Bakı qlobal iqlim gündəliyi üçün mühüm platformaya çevrilir”.

Eyni tarixlərdə Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) də keçiriləcək.

Tədbirlər iqlim həllərinin praktik şəkildə həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və COP31 ərəfəsində iqlim fəaliyyətinin sürətləndirilməsi məsələlərinə həsr olunacaq.

Denmedia.az