Geri qayıt Çap et

lham Əliyev Qırğızıstanda rəsmi mərasimlə qarşılandı - FOTO

Azərbaycandan səfərə gələn Prezident İlham Əliyevin Qırğızıstanda rəsmi qarşılanma mərasimi keçirilib. Mərasimdən görüntüləri Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Qırğızıstan Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.

Bundan əvvəl Mərkəzi Asiya ölkələri və Azərbaycan prezidentlərinin 30 iyul–1 avqust tarixlərində Çolpon-Atada qeyri-rəsmi görüş keçirəcəkləri bildirilmişdi.

Denmedia.az