Geri qayıt Çap et

Azərbaycan və İordaniya viza rejimini ləğv edir

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir.

DenMedia.az report-a istinadən xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun iordaniyalı həmkarı Əymən Əs-Safadi imzalayıblar.

Bundan əlavə, XİN başçıları iki ölkənin hökumətləri arasında energetika sahəsində Anlaşma Memorandumu imzalayıblar.