Geri qayıt Çap et

İslam İnkişaf Bankı Qrupunun prezidenti “Dostluq” ordeni ilə təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə bu mükafata layiq görülüb.

DenMedia.az