ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün yeni əməliyyatlarla bağlı diqqətçəkən açıqlamalar verib.
Tramp ona ünvanlanan “İrana qarşı hücumlar davam edəcəkmi?” sualına belə cavab verib:
Onlara hücum edəcəyik, özü də çox sərt şəkildə.
İsrailli jurnalist isə Trampa belə sual ünvanlayıb:
Türkiyə Prezidenti Ərdoğan İsraili təhdid etməyə davam edir. Sizcə, İsrail ilə Türkiyə arasında qarşıdurma ehtimalı varmı? Bundan başqa, Türkiyəyə F-35 satacaqsınızmı?
ABŞ Prezidenti suala cavabında Rəcəb Tayyib Ərdoğanı yüksək qiymətləndirib.
Tramp deyib:
Ərdoğan mənim çox yaxşı dostumdur və biz birlikdə çox yaxşı işləmişik. Onu çox sevirəm. Bunu deməməliyəm, çünki mətbuat dərhal “Aa, Ərdoğanı sevir” deyəcək. Amma o, fövqəladə liderdir və güclü insandır, çox güclü insandır.
Tramp İsrail ilə Türkiyə arasında mümkün qarşıdurma ehtimalına da münasibət bildirib.
O qeyd edib:
Belə bir şey eşitməmişəm. Əgər eşitsəydim, ona zəng edərdim və hər şeyin qaydasında olduğuna əmin olardım. Türkiyə ilə belə bir şeyin baş verəcəyini düşünmürəm; ən azı mən prezident olduğum müddətdə olmaz. Çünki o mənə hörmət edir, mən də ona hörmət edirəm. Bundan başqa, aramızda yaxşı dostluq var.