Geri qayıt Çap et

Orta Dəhlizin əhəmiyyəti artır: Hikmət Hacıyev əsas istiqamətləri açıqladı

Orta Dəhliz tədricən sadəcə nəqliyyat marşrutu olmaqdan çıxaraq Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və bir sıra digər dövlətləri birləşdirən strateji geoiqtisadi sistemə çevrilir.

DenMedia.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyevin sözlərinə görə, Fars körfəzi və Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Orta Dəhlizin əhəmiyyəti artmaqda davam edir.

O, Transxəzər Forumunda onlayn çıxışı zamanı bildirib:

Orta Dəhlizin mühüm əsas komponentlərindən biri Bakı-Tbilisi-Qars dəmir yoludur. Bağlantı arxitekturasının mühüm istiqamətlərindən biri də Azərbaycanın Naxçıvan regionu ilə bağlıdır. Formalaşmaqda olan Zəngəzur dəhlizi getdikcə daha çox Orta Dəhlizin strateji seqmenti kimi nəzərdən keçirilir. O, Şərq-Qərb əlaqələrini gücləndirməklə yanaşı, Azərbaycanın Türkiyə və daha geniş coğrafiya, o cümlədən Avropa ölkələri ilə birbaşa bağlantısını gücləndirmək potensialına malikdir.