Geri qayıt Çap et

Starmerin taleyi seçkilərdən sonra "sual altına düşdü"

Kir Starmerin yaxın günlərdə istefa verə biləcəyi iddia olunub.

Bu barədə Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev açıqlama verib.

Onun sözlərinə görə, yerli seçkilərdə uğursuz nəticələrdən sonra Leyborist Partiyası daxilində narazılıq güclənib.

Kirill Dmitriyev bildirib ki, bəzi leyborist deputatlar və hökumət üzvləri artıq Kir Starmerə qarşı çıxırlar.

Gözlənildiyi kimi, Leyborist Partiyasının deputatları və Nazirlər Kabinetinin bəzi üzvləri yerli seçkilərdəki fəlakətli məğlubiyyətdən sonra Starmerə qarşı çıxıblar. Starmer gələn həftə plan üzrə istefa verəcək, — deyə o yazıb.

DenMedia.az