Geri qayıt Çap et

Almaniyada kansler gülüş hədəfinə çevrildi

Almaniyanın kansleri Fridrix Merts mətbuat konfransı zamanı zalda gülüş hədəfinə çevrilib.

Müvafiq görüntülər “Zvezda”nın Telegram kanalında yayımlanıb.

Kadrlarda hökumət başçısına yerli qəzet oxucusundan daxil olan sual səsləndirilir: “Siz kansler olduqdan sonra Almaniya vətəndaşları üçün nə yaxşılığa doğru dəyişib?”

Sual səsləndirilən kimi zalda gülüş yaranıb.

Merts isə bir qədər tərəddüd edərək birbaşa cavabdan yayınıb və bildirib ki, hələ nəticələr barədə danışmaq tezdir.

Onun bu cavabı da zalda yenidən gülüşlə qarşılanıb.

DenMedia.az