Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı danışıqların təşkilinə hazır olduqlarını çatdırıb.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib. Onun sözlərinə görə, Ankara danışıqların, o cümlədən dövlət başçıları səviyyəsində keçirilməsinə hazırdır.
“Lakin bu, yalnız bizim istəyimizdən asılı deyil, tərəflərin hazır olmasından da asılıdır”
— deyə Fidan Antalya Diplomatik Forumunun yekunlarına dair mətbuat konfransında bildirib.
Məlumata görə, Ankara Ukrayna üzrə danışıqların yaxın müddətdə bərpası istiqamətində iş aparır.