Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində Portuqaliyanın dövlət naziri və xarici işlər naziri Paulu Ranjel ilə görüşüb.
Məlumat nazirliyin X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
Nazirlər ikili münasibətlərin inkişaf perspektivlərini, siyasi dialoqun genişləndirilməsini, iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın gücləndirilməsini, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin artırılmasını müzakirə ediblər.
Bundan əlavə, Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması yolu ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.
https://x.com/Bayramov_Jeyhun/status/2045404192714461652/photo/1