Geri qayıt Çap et

Rutte ABŞ-ın NATO-dan çıxacağını istisna etdi

NATO-nun Baş katibi Mark Rutte ABŞ-ın hərbi alyansdan çıxacağı ehtimalını rədd edib. Bu barədə Welt am Sonntag nəşri məlumat yayıb.

“ABŞ-ın NATO-dan çıxacağını görmürəm,” — deyə Rutte bildirib.

O əlavə edib ki, hazırda “daha güclü NATO daxilində daha güclü Avropaya” ehtiyac var. Rutte həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp alyansın bəzi üzvlərindən açıq şəkildə narazıdır və bu narazılığı özü də bölüşür.

Onun sözlərinə görə, Avropa ölkələri və Kanada artıq səylərini artırmağa başlayıb, bu baxımdan Almaniya bir çox müttəfiqlərə nümunə göstərir.

“Daha güclü NATO hamımız üçün daha təhlükəsiz dünya deməkdir,” — deyə Rutte vurğulayıb.

DenMedia.az