Geri qayıt Çap et

TRIPP layihəsi üzrə Azərbaycan və ABŞ arasında görüş keçirildi - FOTO

və süni intellekt sahələrində əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıb.

Məlumata görə, müzakirələr Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ilə ABŞ Dövlət Departamentinin iqtisadi, enerji və biznes məsələləri üzrə baş müşaviri Rebekka Neff arasında keçirilən görüş çərçivəsində baş tutub.

Görüş zamanı Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub və mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə etməyin vacibliyi vurğulanıb.

Tərəflər Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

Bundan əlavə, ABŞ şirkətlərinin Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, süni intellekt, data mərkəzləri və digər prioritet sahələrdə layihələrdə iştirakı perspektivləri nəzərdən keçirilib.

Denmedia.az