ABŞ prezidenti Donald Tramp ilə NATO-nun baş katibi Mark Rutte arasında keçirilən görüş gərgin atmosferdə baş tutub. Bu barədə Politico nəşri məlumatlı mənbələrə istinadən yazır.
Məlumata görə, Tramp görüş zamanı NATO rəhbərinə qarşı narazılığını sərt şəkildə ifadə edib və təhqiramiz ifadələr işlədib.
Onun qəzəbinə səbəb isə Avropa müttəfiqlərinin İranla qarşıdurmada ABŞ-a qoşulmaması olub. Avropalı rəsmilərdən birinin sözlərinə görə, danışıq “tamamilə təhqirlərdən ibarət olub”, Tramp isə Rutteyə qarşı hətta hədələr səsləndirib.
Görüşdən sonra Tramp bildirib ki, NATO gələcəkdə ABŞ-a lazım olan anda yenə də kömək etməyə bilər. Ağ Evin sözçüsü Kerolayn Livitt isə bu danışığı “çox açıq və birbaşa” adlandıraraq qeyd edib ki, Alyans İran məsələsində ABŞ-ı dəstəkləməyərək “Trampın testindən keçə bilməyib”.