ABŞ prezidenti Donald Trampın Yaxın Şərq münaqişəsi ilə bağlı “son tarix” müəyyən etmək cəhdləri neft qiymətlərinə təsir göstərmək məqsədi daşıyır. Bu barədə NEWS.ru-ya açıqlamasında politoloq-amerikanist Malek Dudakov bildirib.
Onun sözlərinə görə, bu cür bəyanatlar Ağ evə “qara qızıl”ın qiymətini həm artırmaq, həm də azaltmaq imkanı verir.
“Hazırda ABŞ-ın İranla bağlı hərbi strategiyasında ciddi dəyişiklik görmürük. Trampın iki günlük növbəti ‘deadline’ açıqlamasını daha çox dünya bazarlarına təsir cəhdi kimi qiymətləndirərdim. O bunu elan edəndə ABŞ-da bazarların açılmasına cəmi iki gün qalırdı. Düşünürəm ki, Tramp yenə də bu cür sözlü müdaxilələrlə neftin qiymətini ya qaldırmağa, ya da endirməyə çalışır. Bundan isə onun administrasiyasında bir çox şəxs insayder ticarəti vasitəsilə qazanc əldə edir”, — deyə Malek Dudakov bildirib.