Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali ndeyirümayəndəsi Kaja Kallas bildirib ki, İran ətrafındakı münaqişə səbəbindən Ukrayna hava hücumundan müdafiə vasitələrindən məhrum qalır. Onun sözlərini Financial Times qəzeti yayıb.
Kallasın sözlərinə görə, hazırda Ukrayna və Yaxın Şərq eyni hərbi resurslar uğrunda rəqabət aparır.
“Bu, əlbəttə ki, problemdir. Çünki Yaxın Şərq və Ukrayna faktiki olaraq eyni resurslar uğrunda rəqabət aparır. Aydındır ki, ABŞ-ın diqqəti hazırda Yaxın Şərqə yönəlib”, — deyə Kaja Kallas bildirib.
Qəzetin yazdığına görə, AB ölkələri ABŞ silahlarının, xüsusilə də hava hücumundan müdafiə sistemlərinin Ukraynaya çatdırılmasında gecikmələr barədə məlumatlandırılıb. Səbəb isə Vaşinqtonun hazırda prioriteti Yaxın Şərqdəki vəziyyətə verməsidir.