Geri qayıt Çap et

Prezident İlham Əliyev neft və qaz qiymətlərinin kəskin artımına toxundu

Azərbaycan Prezidenti İlham Əliyev neft və qaz qiymətlərinin artması məsələsinə toxunub.

Biz neft və qaz qiymətlərində görünməmiş artımı müşahidə edirik. Bu, istehlakçılar üçün problemlər yaradır. Təkcə onlar üçün deyil. Əgər kimsə düşünürsə ki, belə balanssız qiymətlər yalnız neft hasil edən və ixrac edən ölkələr üçün sərfəlidir, o yanılır.

Dövlət başçısı əlavə edib ki, Azərbaycan neft qiymətlərinin daha balanslı və proqnozlaşdırıla bilən olmasının tərəfdarıdır.

Onun sözlərinə görə, Azərbaycan boru kəmərləri ilə ixrac olunan qazın həcmi və coğrafi əhatəsinə görə dünyada birinci ölkədir.

Prezident qeyd edib ki, ixrac həcmləri hazırda artır və gələcəkdə də artmaqda davam edəcək. Bu isə bir çox ölkələrin enerji təhlükəsizliyi üçün mühüm amildir.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan beynəlxalq bazarlara etibarlı neft tədarükçüsü kimi enerji təhlükəsizliyinin təmin olunmasına bundan sonra da töhfə verəcək.

DenMedia.az