Geri qayıt Çap et

İranı atəşkəsə çağıran ölkələrin adları açıqlandı

İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi dövlət televiziyasında çıxışı zamanı bildirib ki, son günlər bir sıra ölkələr Yaxın Şərqdəki münaqişənin nizamlanması üçün diplomatik səyləri artırıb.

Onun sözlərinə görə, bu prosesdə Rusiya Federasiyası da daxil olmaqla bir neçə dövlət fəal şəkildə vasitəçilik təşəbbüsləri irəli sürür.

Qəribabadi qeyd edib ki, Tehran atəşkəslə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır, lakin bunun üçün bir ilkin şərt irəli sürülür.

“Bəzi ölkələr, o cümlədən Rusiya, Çin və Fransa atəşkəslə bağlı bizə müraciət ediblər”, — deyə Kazem Qəribabadi bildirib.

Onun sözlərinə görə, İran atəşkəs ideyasını yalnız o halda qəbul edə bilər ki, gələcəkdə bu cür hərbi hücumların təkrarlanmayacağına dair real zəmanətlər verilsin.

Denmedia.az