Geri qayıt Çap et

Putin və Tramp uzun fasilədən sonra danışdı: əsas mövzu İran oldu

Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Bu barədə Putinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, danışıq işgüzar, açıq və konstruktiv xarakter daşıyıb.

“Dərhal deyə bilərəm ki, danışıq işgüzar, açıq və konstruktiv xarakter daşıyıb. Bu, Rusiya və ABŞ liderləri arasında dialoqlarda adətən belə olur. Onlar uzun müddətdir telefonla danışmırdılar, sonuncu dəfə 2025-ci ilin dekabrında əlaqə saxlamışdılar. Danışıq təxminən bir saat davam etdi”, — deyə Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, söhbətin əsas mövzusu İranla bağlı münaqişə ətrafındakı vəziyyət, həmçinin Rusiya–ABŞ–Ukrayna formatında üçtərəfli danışıqlar olub.

Uşakov qeyd edib ki, Putin İran münaqişəsinin nizamlanması ilə bağlı Trampa müəyyən təkliflər təqdim edib. Bu təkliflər Körfəz ölkələrinin liderləri ilə apardığı danışıqların nəticələrinə əsaslanır.

Denmedia.az