Geri qayıt Çap et

Qəfil səfər - ABŞ nümayəndələri Netanyahu ilə görüşə gedir

ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff və ABŞ prezidentinin kürəkəni olan nüfuzlu milyarder Jared Kushner martın 10-da İsrailə yola düşəcək. Bu barədə Axios portalının jurnalisti Barak Ravid sosial şəbəkə X-də məlumat verib.

Məlumata görə, onlar İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşəcəklər.

Gözlənilən danışıqların gündəliyi hələ açıqlanmayıb. Həmçinin amerikalı nümayəndələrin Təl-Əvivə təcili səfərinin nə qədər davam edəcəyi də bildirilməyib. Hazırda hər iki ölkənin rəsmi şəxsləri qarşıdakı görüşün detalları ilə bağlı şərh verməkdən çəkinirlər.

Denmedia.az