Geri qayıt Çap et

İsrail XİN rəhbəri İranın Azərbaycana qarşı aqressiyasını pislədi

Martın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrailin xarici işlər naziri Gideon Saar arasında telefon danışığı olub.

Bu barədə Gideon Saar X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

İsrail XİN rəhbərinin sözlərinə görə, telefon danışığı zamanı o, İranın Azərbaycana qarşı “qəsdən və açıq aqressiyasını” qəti şəkildə pislədiyini bildirib.

Gideon Saar vurğulayıb ki, bu cür addımlar tamamilə qəbuledilməzdir.

Denmedia.az