Geri qayıt Çap et

Kallasın mövqeyi "siyasi hiylə" kimi qiymətləndirildi

Hindistanın keçmiş xarici işlər nazirinin birinci müavini və Moskvadakı sabiq səfiri Kanval Sibal Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın açıqlamasını sərt tənqid edib.

O, X sosial şəbəkəsində yazıb ki, Kallasın İranın ali dini lideri Əli Xameneinin “sadəcə öldüyünü” deməsi baş verənlərin mahiyyətini təhrif edir və siyasi çalar daşıyır.

Sibal vurğulayıb:

“Qəsdən həyata keçirilmiş siyasi qətl ‘ölüm’ kimi təqdim olunur, sanki o, təbii şəkildə vəfat edib. Bu, siyasi manipulyasiyadır.”

Diplomatın sözlərinə görə, bu cür ifadələr faktiki olaraq baş verənlərlə razılaşma təsiri yaradır və məsuliyyəti İranın üzərinə yönəltməyə xidmət edir. O, Kallası siyasi qeyri-səmimilikdə ittiham edib.

Sibal əlavə edib ki, Aİ-nin xarici siyasət rəhbərliyinin bu mövqeyi açıq şəkildə siyasi qərəz nümayiş etdirir.

Denmedia.az