Geri qayıt Çap et

Türkiyə səfiri: Xocalı faciəsi bəşəriyyətin vicdanında qara ləkədir

Xocalı faciəsi bəşəriyyət tarixində insanlığın vicdanına vurulmuş qara ləkə kimi qalacaq.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bildirib.

Diplomat Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda yerləşən “Ana harayı” abidəsini ziyarət edib.

Səfir çıxışında Xocalı qurbanlarının ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verərək, faciənin heç zaman unudulmamalı olduğunu vurğulayıb.

DenMedia.az