Geri qayıt Çap et

34 İllik Ağrı - Qaradağlı Qətliamı Unudulmur

17 fevral 1992-ci il tarixində erməni muzdlularından ibarət “Aramo”, “Arabo” və “Avo” (Monte Melkonyan) dəstələri, Xankəndidə dislokasiya olunmuş MDB-nin 366-cı motoatıcı alayının atəş dəstəyinə arxalanaraq, strateji əhəmiyyətli Qaradağlı kəndini işğal etdilər.

Strateji əhəmiyyətli Qaradağlı kəndi işğal edildi

Qaradağlı uğrunda gedən döyüşlərdə 91 nəfər həlak oldu, onlardan 54-ü bir gün ərzində qətlə yetirildi. Ümumilikdə Xocavənd rayonunda 145 nəfər həyatını itirdi, o cümlədən 15 qadın və 13 uşaq.

91 nəfər həlak oldu
145 nəfər həyatını itirdi

Yerli özünümüdafiə batalyonunun döyüşçüləri son gülləyədək vuruşaraq misilsiz qəhrəmanlıq nümayiş etdirdilər, lakin köməksiz qalaraq mühasirəyə düşdülər. Onlardan bir neçəsi erməni muzdluları tərəfindən əsir götürüldü, lakin burada da döyüşçülər düşmənin canlı qüvvəsinə zərbə endirməyə nail oldular.

Son gülləyədək davam edən müqavimət

DenMedia.az