Geri qayıt Çap et

"Sülh Şurası"Azərbaycanı təsisçi üzv qismində qəbul etdi - FOTO

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təşkilatın təsisçi üzvü qismində salamlamaqla bağlı açıqlama yayıb.

Bu barədə qurumun X sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunan paylaşımda qeyd olunub.

“Sülh Şurası" böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi Azərbaycanı salamlayır”, — deyə məlumatda bildirilir.

Xatırladaq ki, 22 yanvar tarixində Davosda “Sülh Şurasının Nizamnaməsi” adlı sənədin imzalanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

DenMedia.az