Geri qayıt Çap et

Tramp Ərdoğana Qəzza üzrə Sülh Şurasına qoşulmağı təklif etdi

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Qəzza sektoru üzrə yaradılan Sülh Şurasına qoşulmağı təklif edib.

DenMedia.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.

“ABŞ Prezidenti Sülh Şurasının təsisçi sədri kimi prezidentimizə şuranın həmtəsisçiləri sırasına qoşulması üçün dəvət məktubu göndərib,” — deyə Duran yazıb.