Geri qayıt Çap et

Oqtay Əsədovun qızı bu səbəbə görə dünyasını dəyişib

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.

“Denmedia.az” xəbər verir ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.

Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.

Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.

***

Denmedia.az  Qafqazinfo-ya istinadən  məlumat verir ki, sabiq spikerin 41 yaşlı qızı Nərminə Əsədova xərçəng xəstəliyindən əziyyət çəkib. 

Mərhumun 5 övladı var. O, 2002-2012-ci illərdə Kamran Balayevlə evli olub. K.Balayev 2021-ci ildə London şəhərinin meri olmaq üçün namizədliyini verməklə gündəmə gəlmişdi.