Geri qayıt Çap et

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Denmedia.az xəbər verir ki, nazirlik bu barərə "X" sosial media hesabında paylaşım edib:

"Azərbaycan xalqının əzmkarlığı və qəhrəmanlığı sayəsində qazanılan zəfərin beşinci ildönümünü təbrik edir, Vətən torpağı uğrunda canlarını fəda edən bütün qəhrəmanları dərin ehtiram və rəhmətlə anırıq".