Azərbaycanda 2025-ci ildə qeydə alınan virus hepatiti hallarının sayı əvvəlki illə müqayisədə 5 dəfədən çox azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 2023-cü ildə 429, 2024-cü ildə 634, 2025-ci ildə isə cəmi 123 virus hepatiti halı qeydə alınıb.
Ən ciddi azalma hepatit A üzrə müşahidə olunub. Bu xəstəliklə bağlı qeydə alınan halların sayı 2024-cü ildəki 441-dən 2025-ci ildə 14-ə düşüb. Müqayisə üçün, 2023-cü ildə 224 belə hal aşkarlanmışdı.
Hepatit B üzrə isə əksinə, cüzi artım qeydə alınıb. 2023-cü ildə 72, 2024-cü ildə 51, 2025-ci ildə isə 62 yoluxma halı müəyyən edilib.
Hepatit C hallarının sayı da azalıb. 2024-cü ildə 142 belə hal qeydə alındığı halda, 2025-ci ildə göstərici 47-yə enib. 2023-cü ildə isə 133 yoluxma halı olmuşdu.
Ümumilikdə Azərbaycanda qeydə alınan virus hepatiti hallarının sayı bir il ərzində 80,6 faiz azalaraq 634-dən 123-ə düşüb.