Geri qayıt Çap et

Sürücülərin diqqətinə: Avtomobillərin duracaq haqqı ilə bağlı qayda dəyişdi

Nazirlər Kabineti 6 aprel 1999-cu il tarixli qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib.

Denmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Daxili İşlər Nazirliyi balansında olan mühafizə olunan duracaqlara nəqliyyat vasitələrinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini təsdiq edəcək.

Haqlar müəyyən edilərkən İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınacaq.