Geri qayıt Çap et

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif etdi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer “Dostluq” ordeni ilə təltif edilib.

Denmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Ladislau-Marius Vizer Azərbaycanda və beynəlxalq səviyyədə cüdo idmanının inkişafına verdiyi töhfələrə və səmərəli fəaliyyətinə görə təltif olunub.