Geri qayıt Çap et

İlham Əliyevdən yeni sərəncam: Ovni Muradov vəzifəsindən azad edildi

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Mehbalı oğlu Muradovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Denmedia.az xəbər verir ki, müvafiq sərəncam barədə məlumat dövlət başçısının rəsmi internet saytında dərc olunub.