Geri qayıt Çap et

“Sabah”a 5 milyon manat ayrıldı – Prezident sərəncam imzaladı

UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Denmedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyinə 5 milyon manat məbləğində maliyyələşməni təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.