Geri qayıt Çap et

MEDİA İrana hücumlarla bağlı jurnalistlərə müraciət etdi

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə cəmiyyətdə narahatlıq yarada biləcək çoxsaylı məlumatların yayıldığı müşahidə olunur.

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) bəyanat yayıb.

Qurum açıqlamasında yanlış və təsdiqlənməmiş informasiyanın yayılması riskinin yüksək olduğunu vurğulayıb və media qurumlarını yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb.

Həmçinin jurnalistlərə və ictimai fəallara ictimai təşviş yarada biləcək paylaşımlardan çəkinmək, yalnız dəqiqləşdirilmiş və təsdiqlənmiş məlumatları yaymaq tövsiyə olunub.

DenMedia.az