Geri qayıt Çap et

Regionda müharibə anonsu: hazırlıq başladı – 3 ölkəyə işarə

“İsrail Qəzza, Livan və İranla regional münaqişənin yeni mərhələsinə hazırlaşır”.

DenMedia.az  xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.

Hesabata görə, Qəzza və Livanda atəşkəsin tez-tez pozulması və İranın raket proqramını yenidən aktivləşdirməsi İsraili regional münaqişənin yeni mərhələsinə hazırlaşmağa vadar edir.

Qeyd edək ki, İsrail ordusu noyabrın 22-də Qəzzada HƏMAS-ın yüksək rütbəli komandirini hədəfə alıb və Livanın Bekaa vadisində “Hizbullah”a aid mövqelərə hava zərbələri endirib.

Təl-Əviv şimal cəbhəsində hücumların gücləndirilməsini Livan hökuməti və ordusunun atəşkəsə nəzarət edə bilməməsi, “Hizbullah”ı cilovlaya bilməməsi ilə izah edir.(Globalinfo.az)