Geri qayıt Çap et

Bəzi ərazilərdə qazın verilişi dayandırılacaq

Bu gün Şəki rayonunun Şorsu kəndində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

Bu barədə Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, fasilə ərazidə aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədardır.

Saat 10:00-dan etibarən kənddə qaz təchizatı məhdudlaşdırılacaq.

Təbii qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa olunacaq.

Denmedia.az