Geri qayıt Çap et

Paytaxtda üç saatlıq işıq fasiləsi – Bu küçələrdə

Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək rayonun bir sıra küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.

Məhdudiyyət Abbas Mirzə Şərifzadə, Məhəmməd Xiyabani, Şıxəli Qurbanov, Zərgərpalan küçələrini, Azərbaycan prospektini və “Yeni Yasamal-2” yaşayış massivinin bir hissəsini əhatə edəcək.

“Azərişıq” ASC-nin məlumatına görə, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Denmedia.az