Geri qayıt Çap et

Bu 5 avtobusun marşrutu müvəqqəti dəyişdirildi

Bakının Suraxanı rayonunda aparılan təmir işləri ilə əlaqədar 5 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Cavid Cabbarzadə küçəsində aparılan yol-təmir işləri səbəbindən avtobusların hərəkəti alternativ küçələr üzrə təşkil edilib.

Dəyişikliyə əsasən, 106, 141, 168 və 169 nömrəli avtobuslar Heydər Əliyev prospekti, 214A nömrəli avtobus isə 25-ci Bülbülə küçəsi ilə hərəkət edir.

Dəyişikliklər yol-təmir işləri ilə əlaqədar müvəqqəti xarakter daşıyır.

Denmedia.az