Geri qayıt Çap et

“Azəriqaz”dan xəbərdarlıq – Saat 10:00-dan qaz kəsilir

Bu gün Bakının bir sıra ərazilərində təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Binəqədi rayonunun S.S.Axundov küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bundan başqa, Qaradağ rayonunun Qobustan qəsəbəsində, Təzə Yurd və 2A yaşayış massivlərində də təbii qazın verilişi məhdudlaşdırılacaq.

Denmedia.az