Geri qayıt Çap et

Yasamal və Binəqədidə işıq kəsintisi olacaq

Bakının Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində 14 oktyabrda elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

“Azərişıq” ASC-dən verilən məlumata görə, məhdudiyyətlər transformator yarımstansiyalarında aparılacaq təmir-təftiş işləri ilə əlaqədardır.

Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə olacaq.

Binəqədi rayonunda isə saat 09:00-dan 14:00-dək 9-cu mikrorayonda, Mir Cəlal küçəsinin bəzi hissələrində qısamüddətli fasilələr gözlənilir.

Şirkətdən bildirilib ki, görülən işlər elektrik təchizatının keyfiyyətinin və dayanıqlığının artırılmasına xidmət edir.

Denmedia.az