Geri qayıt Çap et

Bakının bu ərazilərində elektrik kəsiləcək

Oktyabrın 6-da Bakının Yasamal rayonunda elektrik təchizatının keyfiyyətinin artırılması və artan tələbatın qarşılanması məqsədilə transformator məntəqəsində təmir işləri aparılacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Məhəmməd Xiyabani, Mirəli Seyidov və Nəriman Nərimanov küçələrində, həmçinin Tbilisi prospektində və Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Planlaşdırılan işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilir.

Denmedia.az