Sentyabrın 25-də Bakıda və ölkənin bir sıra bölgələrində gözlənilən güclü küləklə əlaqədar sarı və narıncı xəbərdarlıq elan edilib.
Milli Hidrometeorologiya Xidmətindən Denmedia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy və Daşkəsəndə narıncı xəbərdarlıq qüvvədə olacaq.
Bu ərazilərdə şimal-qərb küləyinin sürətinin saniyədə 20,8–28,4 metrədək güclənəcəyi gözlənilir.
Naxçıvan MR, Kəlbəcər, Laçın, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik, Yardımlı, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Saatlı, Sabirabad, İmişli, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdədə isə sarı xəbərdarlıq elan edilib.
Qeyd olunan ərazilərdə şimal-qərb küləyinin sürəti saniyədə 13,9–20,7 metrə çatacaq.