Geri qayıt Çap et

Sabahın havası açıqlandı: Bu ərazilərdə leysan və dolu gözlənilir

Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətində Denmedia.az-a verilən məlumata görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23, gündüz 26-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv leysan, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Dağlarda duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu rayonlarda gecə 18-22, gündüz 29-33, dağlarda isə gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.