Geri qayıt Çap et

Sakinlərin nəzərinə: Bu küçələrdə işıq kəsiləcək

Sentyabrın 18-də təmir işləri ilə əlaqədar Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, saat 10:00-dan 14:00-dək Xətai rayonunun Məhəmməd Hadi və Sarayevo küçələrində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Xəzər rayonunun Mərdəkan qəsəbəsində də saat 10:00-dan 14:00-dək Almaz İldırım, Hacı Məmmədov, Məmməd Səid Ordubadi və Mirzə Ələkbər Sabir küçələrinin bəzi hissələrində elektrik enerjisi müvəqqəti dayandırılacaq.

Bundan başqa, saat 10:00-dan 13:00-dək Abdulla Qarayev, Mirmövsüm Nəvvab, Nəriman Nərimanov və Zahid Xəlilov küçələrinin ayrı-ayrı hissələrində elektrik enerjisinin verilişində fasilələr gözlənilir.

Denmedia.az