Geri qayıt Çap et

Bakının iki rayonunda su kəsiləcək

Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərində içməli suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətə magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması səbəb olub.

Sentyabrın 16-sı saat 09:00-dan etibarən sentyabrın 17-si gün ərzində Qaradağ və Səbail rayonlarının bəzi ərazilərində içməli suyun verilişi məhdudlaşdırılacaq.

Denmedia.az