Bu gün Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər olacaq.
“Azərişıq”dan Denmedia.az-a verilən məlumata görə, elektrik enerjisinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 15-də Abşeron və Yasamal rayonlarında transformator məntəqələrində təmir işləri aparılacaq.
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 09:00-dan 11:00-dək Heydər Əliyev prospekti, Nəbi Xəzri, Ruhulla Axundov və Məhəmməd Əmin Rəsulzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Yasamal RETSİ-nin xidməti ərazisində isə saat 10:00-dan 13:00-dək Rahib Tağıyev, Vasif Əliyev, Nazim Hikmət, Məhəmməd Xiyabani və Çuxursəd küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
“Azərişıq” bildirir ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.