Geri qayıt Çap et

Bu gündən Bakının bir küçəsində hərəkətə məhdudiyyət qoyulur

Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşən Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, məhdudiyyət küçədə aparılacaq təmir işləri ilə əlaqədardır.

Nəqliyyatın hərəkətinə məhdudiyyət sentyabrın 14-də saat 06:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə qalacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri, həmçinin aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Denmedia.az