Geri qayıt Çap et

Bu gün 3 rayonda qaz olmayacaq

Bu gün Ağstafanın 9 kəndində, həmçinin Gədəbəy və Tovuz rayonlarının bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Ağstafa rayonunun Köçəsgər, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göycəli, Eynallı, Qırlı, Vurğun, Həsənsu və Aşağı Göycəli kəndlərində qaz təchizatında fasilə yaranacaq.

Bundan başqa, payız-qış mövsümünə hazırlıq və aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Gədəbəy və Tovuz rayonlarının bir hissəsində də qaz verilişi dayandırılacaq.

Denmedia.az